Komanda kouçinqi təşkilat daxilində ünsiyyət, rol bölgüsü, məsuliyyət və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Bu xidmət fərdlərlə deyil, sistemlə işləyir.
Kouçinq komandada gərginlik və ya gizli konfliktlər olduqda, dəyişiklik və transformasiya mərhələsində, lider–komanda münasibətlərində balans pozulduqda, performans azalması müşahidə edildiyi hallarında tövsiyə olunur.
Komanda kouçinqində, heç bir tərəf üstün mövqeyə qoyulmur, məlumatlar məxfi saxlanılır, kouç neytral sistem müşahidəçisi rolunda qalır.

