Skip to content Skip to footer

IPGA-da təqdim olunan NLP təhsil proqramları insanın düşüncə tərzini, davranış modellərini və ünsiyyət bacarıqlarını şüurlu şəkildə inkişaf etdirməyə yönəlmiş sistemli və praktik tədris xəttidir.

Proqramlar beynəlxalq NLP yanaşmalarına əsaslanır, eyni zamanda yerli mədəni və sosial kontekstə uyğunlaşdırılır.

NLP proqramları şəxsi inkişaf, peşəkar fəaliyyət, liderlik, ünsiyyət və emosional intellekt sahələrində real və tətbiq edilə bilən bacarıqlar formalaşdırır.

IPGA-da böyüklər və uşaqlar üçün  NLP Praktik və NLP master proqramı təqdim olunur.

 NLP Praktik proqramı NLP ilə tanışlıq və əsas bacarıqların formalaşdırılması mərhələsidir. Bu proqram NLP-nin əsas anlayışlarını öyrənmək və gündəlik həyatda tətbiq etmək istəyənlər üçün nəzərdə tutulub.

Bu proqramın məqsədi düşüncə və davranış arasında əlaqəni anlamaq, effektiv ünsiyyət bacarıqları formalaşdırmaq, daxili resursları tanımaq və idarə etmək, emosional vəziyyətləri şüurlu şəkildə tənzimləməkdir.

Proqram müəllimlər, təlimçilər, menecerlər, ünsiyyət və özünüidarə bacarıqlarını inkişaf etdirmək istəyənlər və NLP sahəsində yeni başlayanlar üçün uyğundur.