Bu proqram mental riyaziyyatı peşə kimi seçmək istəyənlər üçün nəzərdə tutulub. Təlim yalnız metodikanı öyrətmir — müəllim kimi tədris bacarığını, ünsiyyətini və dərs idarəetməsini də formalaşdırır.
Proqramın məqsədi mental riyaziyyatın metodoloji əsaslarını öyrətmək, yaş qruplarına uyğun dərs planı qurmağı öyrətmək, uşaqlarla işin psixoloji məqamlarını izah etmək, valideynlə kommunikasiya və nəticə izləmə sistemini qurmaqdır.
Proqramda dərs strukturu və tədris mərhələləri, məşq texnikaları və tapşırıq bankı ilə iş, diqqət dağınıqlığı, motivasiya zəifliyi kimi hallarla davranış,qrup və fərdi dərs idarəetməsi, qiymətləndirmə və inkişaf xəritəsinin aparılması öyrədilir.
Proqram müəllimlər, təlimçilər, uşaq inkişafı ilə işləyən mütəxəssislər, əlavə gəlir və ya yeni peşə istəyənlər, mərkəz açmaq və sistemli təlim vermək niyyətində olanlar üçün uyğundur.
Bu proqramın nəticəsi – hazır metodika, hazır dərs idarəetməsi, hazır müəllim mövqeyidir.

