Skip to content Skip to footer

IPGA-da təqdim olunan kouçinq proqramları insanın daxili potensialını üzə çıxarmağa, düşüncə və davranış modellərini şüurlu şəkildə inkişaf etdirməyə yönəlmiş peşəkar təhsil və müşayiət sistemidir.

Bu proqramlar beynəlxalq kouçinq standartlarına əsaslanır və etik, məsuliyyətli yanaşma üzərində qurulub.

Qeyd edək ki, kouçinqdə müştəriyə məsləhət verilmir, müştəri yönləndirilmir, koçinqdə insan öz cavablarını tapmağa aparılır.

Burada kouçinq ünsiyyət deyil, dərin və şüurlu dialoqdur.

Peşəkar kouç təlimi kouçinqi peşə kimi seçmək və bu sahədə sistemli, etik və kompetent fəaliyyət göstərmək istəyənlər üçün nəzərdə tutulub.

Proqramın məqsədi kouçinq fəlsəfəsini və metodologiyasını dərindən mənimsətmək, kouçun mövqeyini, rolu və məsuliyyətini formalaşdırmaq, peşəkar kouç sessiyalarını strukturlaşdırmağı öyrətmək, etik çərçivədə effektiv kouçluq bacarıqları qazandırmaqdır.

Proqramda kouçinq modelləri və alətləri, aktiv dinləmə və güclü suallar, məqsəd və qərarvermə ilə iş, fərdi və peşəkar inkişaf strategiyaları tədris olunur.

Bu proqram kouçinqi peşə kimi seçmək istəyənlər, təlimçilər, psixoloqlar, menecerlər və insanlarla işləyən mütəxəssislər üçün uyğundur.