NLP Master proqramı NLP Praktik mərhələsini tamamlamış iştirakçılar üçün nəzərdə tutulmuş dərinləşdirilmiş və sistemli inkişaf proqramıdır. Bu səviyyədə NLP alətləri daha incə və kompleks şəkildə öyrədilir.
Proqramın məqsədi düşüncə strategiyalarını dərin səviyyədə anlamaq, davranış modellərini şüurlu şəkildə yenidən qurmaq, liderlik və təsir bacarıqlarını inkişaf etdirmək, şəxsi və peşəkar identikliyi gücləndirməkdir.
Praktik məşğələlər, real situasiyalar üzərində iş, refleksiya və dərin təhlil, peşəkar yetkinliyin formalaşdırılması bu proqramın əsas xüsusiyyətlərindəndir.

