Skip to content Skip to footer

Uşaqlar üçün NLP Praktik proqramı uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanmış xüsusi inkişaf proqramıdır. Tədris prosesi oyun, müşahidə və sadə praktik məşqlər üzərində qurulur.

Proqramın məqsədi uşaqların özünü ifadə bacarığını inkişaf etdirmək, onlara öz emosiyalarını tanımaq və emosiyaları idarə etməyi öyrətmək, uşaqların diqqət və konsentrasiyanı artıraraq özünə inamı gücləndirməkdir.

Təlim proqramında əsas yanaşma təhlükəsiz və etik mühit yaratmaq, uşağın fərdi xüsusiyyətlərinə hörmətlə yanaşmaq, təzyiqsiz və dəstəkləyici tədris modelindən istifadə etməkdir.