Skip to content Skip to footer

Bu yaş dövründə uşağın düşünmə sürəti artır, məntiqi əlaqələr daha dərin qurulur və o artıq nəticə üçün məsuliyyət götürməyi öyrənə bilir. IPGA proqramı burada daha sistemli, planlı və məqsədli şəkildə aparılır.

Proqramın məqsədi sürətli və dəqiq hesablama bacarığını inkişaf etdirmək, məntiq, analiz və problem həll etmə vərdişlərini gücləndirmək, stres altında diqqəti qorumağı öyrətmək, məktəb riyaziyyatına dəstək olmaq

Uşaq daha sürətli hesablamalar, daha güclü fokus və diqqət, imtahan və tapşırıq stresini idarə etmə, özünəinam və akademik nəticələrdə yüksək qiymət qazanır

Bu proqram diqqəti tez dağılan uşaqlar, riyaziyyatdan qorxusu olan uşaqlar, “bacarıram, amma tələsəndə səhv edirəm” deyənlər, imtahana hazırlaşan yeniyetmələr üçün faydalıdır.

Valideynlər üçün qısa qeyd

Mental riyaziyyatda ən önəmli faktor müntəzəmlik, düzgün motivasiya, uşağa müqayisə etmədən dəstək verməkdir.

IPGA bu prosesdə valideynə də istiqamət verir: uşaq evdə necə məşq etməli, valideyn necə dəstək olmalıdır — hər şey mərhələli izah olunur.

 Etika və təhlükəsizlik prinsipləri

IPGA uşaqlarla işdə uşaq psixologiyasına hörmət, təzyiqsiz öyrənmə mühiti, yaş xüsusiyyətlərinə uyğun yük, müsbət möhkəmləndirmə, uşağın öz tempinə hörmət prinsiplərinə sadiqdir.