Uşaqlar üçün kouçinq uşağın yaş xüsusiyyətləri, psixoloji təhlükəsizliyi və inkişaf ehtiyacları nəzərə alınaraq hazırlanmış xüsusi proqramdır.
Bu yanaşma uşağa özünü daha yaxşı tanımağa, emosiyalarını anlamağa və məsuliyyətli davranış formalaşdırmağa kömək edir.
Proqramın məqsədi uşaqlarda özünə inamın inkişafı, ünsiyyət və ifadə bacarıqlarının gücləndirilməsi, diqqət və fokuslanmanın artırılması, emosional balansın formalaşdırılmasıdır.
Əsas prinsiplər uşağın fərdiliyinə hörmət, təzyiqsiz və təhlükəsiz mühit, oyun və praktik tapşırıqlar əsasında tədrisdir. Uşaqlar üçün kouçinq uşağı dəyişmək deyil, onun içində olan gücü ortaya çıxarmaqdır.
IPGA kouçinq proqramları etik kodeksə tam uyğundur, manipulyativ texnikalardan uzaqdır, insanın daxili bütövlüyünü qoruyur, şüurlu seçim və məsuliyyət üzərində qurulub.
Burada kouçinq nəticə üçün tələsik müdaxilə deyil, davamlı və dərin inkişaf yoludur.

