Skip to content Skip to footer

Uşaqlar üçün NLP Master proqramı uşaqlar üçün NLP Praktik mərhələsini keçmiş uşaqlar üçün nəzərdə tutulmuş inkişaf etmiş səviyyədir. Bu proqram uşağın daxili potensialını daha dərindən açmağa və məsuliyyətli davranış modelləri formalaşdırmağa kömək edir.
Proqramın məqsədi uşaqların düşünmə bacarıqlarını sistemləşdirmək, məqsəd qoyma və qərarvermə vərdişləri yaratmaq, sosial bacarıqları inkişaf etdirmək və öz davranışına şüurlu yanaşma formalaşdırmaqdır.

Nəticədə uşaq öz emosiyalarını daha yaxşı anlayan, ünsiyyətdə balanslı və özünə güvənən fərd kimi formalaşır.

IPGA-nın NLP yanaşmasının fərqi ondadır ki, İPGA-da NLP tədrisi etik prinsiplərə əsaslanır, manipulyativ yanaşmalardan uzaqdır, insanın daxili bütövlüyünü qoruyur, inkişafı şüurlu və məsuliyyətli proses kimi təqdim edir.