Fərdi kouçinq insanın şəxsi və peşəkar həyatında aydınlıq, fokus və məsuliyyət yaratmaq üçün nəzərdə tutulmuş inkişaf yönümlü xidmətdir. Bu prosesdə məqsəd problemi “həll etmək” deyil, insanın öz resurslarını dərk edərək qərar vermə bacarığını gücləndirməkdir.
Fərdi kouçinq həyat və ya karyera mərhələsində qərarsızlıq olduqda, məqsəd qoymaqda və ya məqsədə doğru irəliləməkdə çətinlik yaşandıqda, daxili motivasiya zəiflədikdə, liderlik və şəxsi məsuliyyət mövqeyi formalaşdırılarkən faydalıdır.
Fərdi kouçinq diaqnostika və terapiya deyil. Kouç məsləhət vermir, yönləndirmir, müştəri əvəzinə qərar vermir. Proses beynəlxalq kouçinq etik kodekslərinə uyğun aparılır.

